Ukrayna Ali Radası məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edibbackend

Ukrayna Ali Radası məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirib ki, parlament ikinci oxunuşda məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib.

450 deputatdan 279-u qanunun lehinə səs verib: “Korrupsiyaya qarşı mübarizə komitəsinin qeyd etdiyi antikorrupsiya riskləri qismən aradan qaldırılıb.

Xüsusilə, deputatların və bəzi yüksək korrupsioner məmurların (istisnalar olmaqla), habelə ağır cinayətlərdə (qətl, zorlama kimi) təqsirli şəxslərin həbsxanadan səfərbərlik hüququ götürülüb”, – Yaroslav Jeleznyak Telegram kanalında yazıb. Qanun layihəsinin təşəbbüskarı Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı olub. Ali Radanın deputatı Yelena Şulyak bildirib ki, məhkumların səfərbər edilməsi məhkəmənin qərarı ilə məhbusun və hərbi hissə komandirinin razılığı ilə və yalnız üç il koloniyada qaldıqdan sonra həyata keçiriləcək.

//Samir Qurbanov, Editor.az