Ukrayna Ali Radası “rasizm”in Rusiyanın dövlət ideologiyası elan edilməsi haqqında” qərar qəbul edibbackend

Ukrayna Ali Radası “rasizm”in Rusiyanın dövlət ideologiyası elan edilməsi haqqında” qərar qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı Ukrayna Ali Radası “Rusiya Federasiyasının siyasi rejimi tərəfindən irqçilik ideologiyasından istifadə edilməsi, “rasizm” prinsip və təcrübələrinin totalitar və misantropizm kimi pislənməsi haqqında” qərar qəbul edib.

Editor.az əbər verir ki, Radanın deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, bəyanatın qəbul edilməsinə 281 deputat səs verib. “Bu gün biz Ukrayna Ali Radasının Rusiya Federasiyasının dövlət siyasətinin əsasını təşkil edən ideologiya və praktika kimi “rasizm”i pisləyən mühüm bəyanat qəbul etdik”, – Ali Radanın sədri Ruslan Stefançuk Facebook-da yazıb.

Sənəddə deyilir ki, müharibə “keçmişin ən pis təcrübələrini təqlid edən və müasir dövrdə faşizm və milli sosializm ideyalarını təcəssüm etdirən neoimperiya, totalitar diktatura kimi Vladimir Putinin siyasi rejiminin əsl mahiyyətini bütün dünyaya ifşa edir (raşizm)”. Ukrayna parlamenti bəyanatında BMT-yə, Avropa Parlamentinə, AŞPA-ya, ATƏT Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, eləcə də digər ölkələrin hökumət və parlamentlərinə “ideologiyanın, siyasətinin və “rasizm” təcrübəsinin pislənməsini dəstəkləməyə”, həmçinin beynəlxalq ictimaiyyəti Rusiyanın hərbi-siyasi rəhbərliyini Ukraynaya və onun xalqına qarşı cinayət törətdiyinə görə məsuliyyətə cəlb etməyə imkan verəcək tədbirlər görməyə çağırıb.

  //Samir Qurbanov,Editor.az