Ukrayna Ali Radasının spikeri sülh prosesində Ukraynanın qırmızı xətlərini açıqladıbackend

Ukrayna Ali Radasının spikeri sülh prosesində Ukraynanın qırmızı xətlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 noyabrda İsveçin Stokholm şəhərində keçirilən beynəlxalq Krım Platformasının dördüncü parlament zirvə toplantısı zamanı Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk Rusiya tərəfindən başladılan müharibəyə son qoymaq yolunda Ukraynanın qırmızı xətlərini açıqladı.

Stefançuk vurğulayıb ki, müharibənin ilk günündən bəri Ukrayna müstəqilliyinə, suverenliyinə və ləyaqətinə hörmət edən bir sülh üçün səy göstərib və rəhbərlik səviyyəsində də daxil olmaqla, mənalı danışıqlara hazırdır: “Eyni zamanda, heç kimin keçmək hüququ olmayan Ukraynanın qırmızı xətlərini dəqiq müəyyən etməliyik: fiziki, hüquqi və ya mənəvi cəhətdən.

Rusiyanın Ukrayna ərazilərini işğal etməsinin hüquqi tanınması yoxdur. Ukraynanın müdafiə qüvvələrinə heç bir məhdudiyyət qoyulmayıb, Ukraynanın gələcək ittifaqları seçmək hüququna veto qoyulmayıb. Əsl sülh prosesi aydın bir prinsipə əsaslanmalıdır: Ukraynasız Ukrayna haqqında heç nə, Avropasız Avropa haqqında heç nə”, Stefançuk bildirib. O, həmçinin qeyd edib ki, Ukrayna heç vaxt dilindən, dinindən və ya milli kimliyindən imtina etməyib.

Rada sədri xatırlatdıb ki, Avropada və deməli, dünyada ilklərdən biri olan 1710-cu ilə aid Pylyp Orlik Konstitusiyası Ukrayna sənədidir: “Axı, Konstitusiya və öz xalqının iradəsi heç kimin pozmağa haqqı olmayan başqa bir qırmızı xəttdir”, – deyə Stefançuk vurğulayıb.

//Samir Qurbanov, Editor.az