Ukrayna Almaniya “Leopard”larının ilk partiyasını martda alacaqbackend

Ukrayna Almaniya “Leopard”larının ilk partiyasını martda alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna martın ortalarında “Leopard” tankları alacaq. İndi Ukrayna Silahlı Qüvvələrinin tankçıları Polşada bu tanklardan istifadə etmək üçün təlim keçirlər. Təlimlər tezliklə başa çatacaq

Editor.az bildirir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.Mariuş Blaşçak NATO tərəfdaşları ilə görüşdən sonra jurnalistlərə bildirib: “Artıq martın ortalarında yardım çatacaq”.

Bu gün – fevralın 14-də Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə tank göndərəcək koalisiyaya səkkiz ölkənin daxil olduğunu bildirib: Almaniya, Danimarka, İspaniya, Kanada, Hollandiya, Norveç, Polşa və Portuqaliya. Mariuş Blaşçak bildirib ki, koalisiya Finlandiyanın qoşulmasını gözləyir: “Bu gün Finlandiya naziri belə bir qərara yaxın olduqlarını bildirib. Blaşçak həmçinin qeyd edib ki, Almaniya ehtiyatında “Leopard 2A6”, Polşa isə “Leopard 2A4” olan ölkələrin koalisiyasını yaradır.

Qeyd edək ki, yanvarda Polşa beynəlxalq koalisiyanın tərkibində Ukraynanı alman “Leopard” tankları ilə təchiz etməyə hazır olduğunu ilk bəyan edənlərdən biri olub. Yanvarın 25-də Almaniya Ukraynaya “Leopard”nun tədarükünü elan edib və tankların üçüncü ölkələrə təkrar ixracına icazə verib. Berlin Kiyevin yaya qədər tankların ilk partiyasını alacağını gözləyir.

//Samir Qurbanov,Editor.az