Ukrayna Almaniyadan yeni “RCH-155” özüyeriyən haubitsalar alacaqbackend

Ukrayna Almaniyadan yeni “RCH-155” özüyeriyən haubitsalar alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya 2024-cü ildə yeni RCH-155 özüyeriyən haubitsalarını Ukraynaya təhvil verə bilər.

Editor.az xəbər verir ki, “Krauss-Maffei Wegmann” istehsal şirkətinin idarəedici direktoru Aksel Şeybel Spiegel-ə bildirib.

Onun sözlərinə görə, artıq istehsala başlanılıb və gələn ilin sonunda ilk avtomobillər Ukraynaya verilməlidir. Şeybel onu da xatırladıb ki, Ukrayna bu avadanlığın ilk müştərisidir.

“RCH-155 Panzerhaubitze 2000” özüyeriyən maşına bənzəyir, lakin “Boxe”r təkərli avtomobilə quraşdırılıb. Şeybel qeyd edib ki, “RCH-155”in top podu hərəkətdə olarkən 155 mm-lik artilleriya sursatını atəşə tutur və bu onu dünyada unikal edir. Bu özüyeriyən maşının mərmi atmaq üçün dayanmağa ehtiyac duymamasının böyük üstünlükləri var.

Belə ki, onu aşkarlamaq və döyüşmək çətinləşir. “RCH-155” avtomatik olaraq dəqiqədə doqquz mərmi atmağa qadirdir ki, bu da sursat növündən asılı olaraq 40-50 kilometr və ya daha çox məsafədəki hədəfləri vura bilir.

//Samir Qurbanov, Editor.az