Ukrayna Almaniyanın verdiyi 10 “Leopard” tankından imtina edibbackend

Ukrayna Almaniyanın verdiyi 10 “Leopard” tankından imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hökuməti Almaniyanın Ukrayna ordusuna təhvil verəcəyi 10 Alman Leopard 1A5 tankından imtina ediblər. Editor.az xəbər verir ki, bu barədəAlmaniyanın “Der Spiegel” nəşri məlumat yayıb. (materialı abunə ilə əldə etmək olar).

Nəşrin iddiasına görə, ötən həftə tanklar Polşaya çatdırılsa da, texniki vəziyyəti pis olduğundan qəbul edilməyib.

İddialara görə, Ukrayna hərbçiləri Almaniyadan verilən “Leopard”ların təmirə ehtiyacı olduğunu və ukraynalıların “kifayət qədər ehtiyat hissələri və təlim keçmiş texniki heyəti olmadığından” onları cəbhəyə göndərməyin mənası olmadığını bildirib.

“Der Spiegel” yazıb ki, jurnalistlər şərh almaq üçün Almaniya Müdafiə Nazirliyi ilə əlaqə saxlasalar da, sorğuya cavab ala bilməyiblər.

//Samir Qurbanov, Editor.az