Ukrayna alyansa daxil olmaq naminə işğal olunmuş ərazilərindən imtina edəcək – “La Repubblica” qəzetibackend

Ukrayna alyansa daxil olmaq naminə işğal olunmuş ərazilərindən imtina edəcək – “La Repubblica” qəzeti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO nümayəndələri ərazilərinin bir hissəsini Rusiyaya verdikdən sonra Ukraynanın alyansa daxil olmasını müzakirə edirlər. Bu ssenari rəsmi olmasa da, qeyri-rəsmi müstəviə getdikcə daha çox görünür.

Editor.az bildirir ki, bu barrədə “La Repubblica” qəzeti mənbələrə istinadən yazıb. Nəşr qeyd edir ki, ekspertlər bunu Rusiya-Ukrayna hərbi münaqişəsinə son qoymağın ən məqbul yolu adlandırırlar.

Nəşrin məlumatına görə, hadisələrin bu nəticəsi Co Baydenin itirilməsi və Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi qorxusu kontekstində getdikcə daha ciddi şəkildə nəzərdən keçirilir. Plana əsasən, Rusiyaya Krımı və ona birləşdirilən bütün əraziləri iki il müddətində saxlamaq təklif olunacaq. Ukraynanın sərhədləri qalan ərazilərdə sabitlənəcək – bu formada o, NATO-ya qəbul ediləcək.

Qəzet xatırladır ki, bu variant Şərq və Qərbə bölünmüş Almaniya ilə İkinci Dünya Müharibəsindən sonra baş verənlərə bənzəyir.

//Samir Qurbanov, Editor.az