Ukrayna hakimiyyəti hazırda mövcud cəbhə xətti üzrə atəşkəsə razı ola bilər, lakin bu, yalnız bir şərtlə mümkündür – işğal altında olan ərazilər üzərində Rusiyanın nəzarətinin beynəlxalq səviyyədə tanınmaması.
Bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Ukrayna Konstitusiyası ölkə prezidentinə və ya parlamentə ərazi bütövlüyünün birtərəfli qaydada dəyişdirilməsinə icazə vermir. Buna görə də rəsmi Kiyev beynəlxalq hüquq normalarına uyğun olaraq işğalı legitimləşdirən heç bir razılaşmanı qəbul etməyəcək.
“The Telegraph” yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski hərbi yolla işğal olunmuş ərazilərin azad edilməsinin artıq mümkün olmadığını etiraf edib. Nəşrin məlumatına görə, dövlət başçısı diplomatik yolların axtarılmasının vacibliyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

