Ukrayna aviasiyası ruslara məxsus vacib obyektləri vurdularbackend

Ukrayna aviasiyası ruslara məxsus vacib obyektləri vurdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün ərzində – martın 12-də Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının komanda məntəqəsinə və iki silah-sursat anbarına zərbələr endirib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook”dakı xülasəsində deyilir. Bildirilir ki, gün ərzində aviasiyamız düşmənin zenit-raket kompleksinə, eləcə də işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə altı zərbələr endirib: “Raket və artilleriya bölmələri düşmənin komanda məntəqəsini, iki şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazini, həmçinin iki silah-sursat anbarını və bir yanacaq-sürtkü anbarını vurub”, – məlumatda deyilir.

  //Samir Qurbanov,Editor.az