Ukrayna azərbaycanlı teleaparıcını “qara siyahı”ya saldıbackend

Ukrayna azərbaycanlı teleaparıcını “qara siyahı”ya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən 47 rusiyalı sənətçiyə qarşı sanksiya tətbiq olunavaq.

Editor.az  yenisabah.az-a istinadən xəbər verir ki, sanksiya siyahısını Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi hazırlayıb.

Bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko öz “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, qərar artıq Nazirlər Kabineti tərəfindən dəstəklənib və indi yalnız Milli Təhlükəsizlik, Müdafiə Şurası və Ukrayna prezidenti Vladimir Zelenski ilə sanksiyaları razılaşdırmaq qalır.

Siyahıya musiqiçilər Nikolay Baskov, Dima Bilan, Polina Qaqarina, Oleq Qazmanov, Djiqan, Larisa Dolina, Sergey Jukov, Qriqori Leps, Nikolay Rastorquev və Timati, aktyorlar Dmitri Xaratyan, Yana Poplavskaya, Dmitri Pevtsov, Nikita Mixalkov, Vladimir Başarov və Marat Maşarov daxildir. Həmçinin, siyasətçilər və teleaparıcı təbliğatçılar Nailə Əsgər-zadə, Roman Babayan, Aleksey Qudoşnikov, Aleksandr Duqin və Modest Kolarov “qara siyahı”ya salınıb.

Sanksiyalar 2 hüquqi şəxsə qarşı da tətbiq edilib: “Soyuz” peyk kanalının sahibləri, Müqəddəs Simeon Yepiskopunun Yerli Pravoslav Dini Təşkilatı və “Kanal 8” MMC.

Martın 23-də Ukrayna Təhlükəsizlik Xidməti “Rossiya Seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyov və “Rossiya 1” kanalının teleaparıcısı Olqa Skabeyevanı beynəlxalq axtarışa verib. Onlar açıq şəkildə müharibəyə dəstək verməkdə və Ukrayna sərhədlərində dəyişiklik etməyə çağırmaqda şübhəli bilinirlər. Bundan əvvəl Ukrayna Baş Prokurorluğu hər ikisinə qarşı müvafiq maddələrlə cinayət işi açıb.

Fevralın 28-də Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edib. Siyahıya teletəbliğatçılar Olqa Skabeeva, Arkadi Mamontov, Anton Krasovski, Roman Babayan, Tiqran Keosayan daxil idi.