Ukrayna Baş Kəşfiyyat İdarəsi Krasnodar diyarının Tuapse şəhərindəki neft emalı zavoduna pilotsuz təyyarənin vurulması ilə bağlı məlumatı nə rəsmi təkzib edə, nə də təsdiq edə bilər.
Editor.az bildirir ki, bunu Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi, Ukraynanın müdafiə naziri Yevgeni Yerin telemarafonda deyib: “Qeyd edə biləcəyim yeganə şey odur ki, Ukraynaya qarşı aqressiv müharibəni təmin etmək üçün işləyən bütün hərbi hədəflər bizim Təhlükəsizlik və Müdafiə Qüvvələrimiz üçün tamamilə qanuni hədəfdir.
Mən hələlik indiki potensial rəqəmləri deyə bilmərəm. Yalnız onu deyim ki, bu hadisədən sonra bu imkanların əhəmiyyətli dərəcədə azalacağına ümid və inamım var”, – deyə Yerin bildirib.
//Samir Qurbanov, Editor.az

