Ukrayna baş nazirinin müavini: Gün ərzində təxminən 1500- ə yaxın insan Zaporojyeyə təxliyə edilibbackend

Ukrayna baş nazirinin müavini: Gün ərzində təxminən 1500-ə yaxın insan Zaporojyeyə təxliyə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk öz sosial media hesabında Ukraynada münaqişələrin baş verdiyi yerlərdən mülki şəxslərin təxliyyə prosesi ilə bağlı açıqlamalar verib.

Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, nazir müavini gün ərzində 3 humanitar yardım dəhlizinin açıldığını bildirib.

“Bu dəhlizlərdən 1458 nəfər avtomobilləri ilə Zaporojya şəhərinə çatıb. Onlardan 631-i Mariupol, 827-si isə Zaporojye vilayətindəki  Berdyansk, Melitopol, Enerhodar, Polohi, Orihiv və Vasilivka şəhərlərindən gəlib. Təxliyə prosesi sabah da davam edəcək”, – Vereşçuk bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi, general-mayor Mixail Mizintsev mətbuat konfransında Rusiya ordusu Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsın Vladimir Putinə müraciətindən sonra  aprelin 1-dən Mariupoldan Zaporojyeyə daha bir humanitar dəhliz açacağını bildirmişdi.

//Gülnarə Abasova, Editor.az