Ukrayna baş nazirinin müavini: Vətəndaşlar və hakimiyyət uzun və çətin müharibəyə köklənməlidirbackend

Ukrayna baş nazirinin müavini: Vətəndaşlar və hakimiyyət uzun və çətin müharibəyə köklənməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə hərbi münaqişə ağır və uzun illər davam edəcək.

Editor.az bildirir ki, bu sözləri Ukrayna baş nazirinin müavini İrina Vereşçuk deyib.

O, ukraynalıları uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb. “Müharibə nə qədər davam edəcək? Dürüst olmalıyıq. “2-3 həftə”, “ilin sonuna qədər”, “gələn yaz” – bütün bunlar doğru deyil … Vətəndaşlar və hakimiyyət uzun və çətin müharibəyə köklənməlidir “, – deyə xanım Vereşçuk Telegram kanalında yazıb. “The Wall Street Journal” yazır ki, Ukraynaya dəstək verən ölkələr 2024-cü ildə Ukrayna ordusunun hücumuna hazırlaşmağa başlayıb.

“Politico” yazır ki, ABŞ hakimiyyəti Ukraynadakı münaqişəni dondurmağa hazırlaşır. NATO-nun baş katibi Stian Censenin ofisinin rəhbəri bildirib ki, Ukrayna NATO-ya daxil olmaq üçün ərazisinin bir hissəsini verməli olacaq.

//Samir Qurbanov, Editor.az