Ukrayna Baş Qərargahı fevralın 24-dən aprelin 15-dək Rusiya ordusunun ümumi itkiləri ilə bağlı məlumat yayıb.
Editor.az xəbər verir ki, verilən məlumatda Ukraynaya hücum edən Rusiya ordusundan təxminən 20 min əsgərin öldürüldüyü, 163 rus təyyarəsi, 144 helikopter, 756 tank, 1976 zirehli texnika, 366 top, 122 raket atma sistemi və 66 hava hücumundan müdafiə sisteminun məhv edildiyi deyilir. Eyni zamanda bildirilir ki, Rusiya qüvvələri 1443 maşın, 8 gəmi və yüngül sürətli qayıq, 76 yanacaq daşıyan maşın və 135 pilotsuz uçan aparatı itirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin martın 25-nə verdiyi açıqlamada Ukraynada 1351 rus əsgərinin öldüyü deyilir.
//Gülnarə Abasova, Editor.az

