Ukrayna Baş Qərargahı 24 fevral-5 may tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı açıqlama verib.
Editor.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Ukraynaya hücum edən Rusiya ordusunun son 24 saatda daha 200 əsgər itirdiyi açıqlanıb.
Bundan əlavə qeyd olunub ki, Ruslara məxsus 196 təyyarə, 155 helikopter, 1092 tank, 2651 zirehli texnika, 499 top, 169 reaktiv yaylım atəşi sistemi və 83 hava hücumundan müdafiə sistemi məhv edilib. Rusiya müharibə başlayandan 10 gəmi və 312 ədəd pilotsuz uçuş aparatını da itirib. Ruslar tərəfindən atılan 89 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi bildirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin martın 25-də verdiyi məlumatda Ukraynada 1351 rus əsgərinin öldüyü açıqlayıb. Bundan sonra Rusiya tərəfindən hər hansısa bir açıqlama gəlməyib.
//Nəzərbəy, Editor.az

