Ukrayna Baş Qərargahı: Severodonetsk və Toşkovkada düşmənin hücumu dəf edildibackend

Ukrayna Baş Qərargahı: Severodonetsk və Toşkovkada düşmənin hücumu dəf edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbiçiləri Severodonetsk və Toşkovkada düşmənin hücumunu uğurla dəf etdilər. Editor.az xəbər verir ki, barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Facebook səhifəsində məlumat yayılıb.

“Ukrayna əsgərləri Severodonetsk və Toşkovkada düşmənin hücumlarını uğurla dəf edib, toqquşmalar davam edir”, – məlumatda deyilir.

Məlumat da o da bildirilir ki, Severodonetsk istiqamətində rus ordusu minaatan, artilleriya və reaktiv yaylım atəşi sistemlərindən Ukraynanın mövqelərinə atəş açıb. Onlar Severodonetsk, Lisiçansk, Toşkovka, Ustinovka, Borovskoye, Metelkino qəsəbələrində mülki infrastrukturu yandırıblar.

Qeyd edək ki, iyunun 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydıgı məlumatda bildirilib ki, rus qoşunları artilleriya dəstəyi ilə Severodonetskdə hücum əməliyyatları keçirərək Ukrayna Silahlı Qüvvələrini şəhərin mərkəzindən sıxışdırıb çıxarıblar. Onlar Severodonetskin 70%-dən çoxuna nəzarət edir, şəhərin hər santimetrində şiddətli döyüşlər gedir.

//Gülnarə Abasova, Editor.az