Ukrayna Baxmut istiqamətində uğur qazanırbackend

Ukrayna Baxmut istiqamətində uğur qazanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Baxmut istiqamətində Kleşçievka ərazisində uğur qazanır.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər hesabatında qeyd edilib ki, son 24 saat ərzində 30-dan çox hərbi toqquşma baş verib.

Baxmut istiqamətində “Xortitsa” Operativ Strateji Qüvvələr Qrupunun cavabdehlik zonasında Müdafiə Qüvvələri Donetsk vilayətinin Kleşçiyevka bölgəsində qismən uğur qazanıb.

“Müdafiəçilərimiz Donetsk vilayətinin Keramik, Avdeevka, Severnı, Marinka və Ravnopol ərazilərində müdafiəni uğurla davam etdirirlər, orada gün ərzində düşmən bölmələrimizi öz mövqelərindən çıxarmaq üçün 20-yə yaxın uğursuz cəhd edilib. İşğalçılar üçün işçi qüvvəsi və texnologiya baxımından əhəmiyyətli itkilərə səbəb olur”, – Baş Qərargah bildirib.

//Safura Bənnayeva, Editor.az