Ukrayna bayrağının və simvollarının daşınması qadağan edildibackend

Ukrayna bayrağının və simvollarının daşınması qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Berlin federal əyalətinin hakimiyyət orqanları mayın 8-də və 9-da anım tədbirləri zamanı keçirilən aksiyalarda Ukrayna bayraqlarının və digər Ukrayna rəmzlərini separatçıların və Rusiyanın rəmzləri ilə eyniləşdirərək qadağan edib.

Editor.az bu barədə Ukrayna mənbələrinə istinadən xəbər verir. Ukraynanın Almaniyadakı səfiri Andriy Melnikin sözlərinə görə, “Berlin polisinin 8 və 9 may tarixlərində Ukrayna bayrağını və simvollarını qadağan etməsindən şoka düşdük. Bu, Ukraynanın və Ukrayna xalqının üzünə vurulan sillədir.

Bu, təkcə nəzakətsizlikdən deyil, həm də fəlakətli siyasi qərardan xəbər verir”, – Melnik vurğulayıb. “Belə çıxır ki, təcavüzə məruz qalmış Ukrayna ilə həmrəyliyə dair bütün təminatlar boş ifadələrdir”, – deyə səfir vurğulayıb. “Polisin təhlükəsizliyi təmin etmək üçün göstərdiyi səyləri başa düşmək olar, lakin qurbanla caninin eyniləşdirilməsi, sadəcə həddən artıq çirkindir”, deyə o, bildirib. Sonda Melnik Berlin meri Francis Giffey və daxili işlər senatoru İris Sprangeri “bu şübhəli qərarı dərhal geri almağa” çağırıb.

Editor.az