Ukrayna-Belarus sərhədində partlayış: Nə baş verib?backend

Ukrayna-Belarus sərhədində partlayış: Nə baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı, avqustun 29-na keçən gecə Ukrayna və Belarus sərhədində partlayışlar baş verib.

Editor.az “Belarus Gayun” xəbər verir ki, 03.30 radələrində “Sloveçno” stansiyasından (Qomel vilayətinin Yelski rayonu) 800 metr aralıda dəmiryol körpüsündə bir neçə tank əleyhinə TM-62M minasının partlayıb.

İlkin məlumatlara görə, sərhəddə baş verən partlayış ildırım çaxmasına səbəb olub. Bildirilib ki, minaların partladılması nəticəsində dəmir yolu relsləri dağılıb, körpünün dayağı zədələnib.

“Sübut olaraq, Belarusun Ukrayna ilə tam sərhədindəki körpünün üzərində dağıdılmış dəmir yolu xəttini əks etdirən fotoşəkil əlavə olunur. Foto Belarus Respublikası ərazisindən Ukrayna istiqamətində çəkilib”, – məlumatda bildirilir.

//Samir Qurbanov, Editor.az