Ukrayna Belarusla sərhəddə 112-114 min nəfərlik hərbi qruplaşma cəmləyib – Belarus Müdafiə Nazirliyinin rəhbəribackend

Ukrayna Belarusla sərhəddə 112-114 min nəfərlik hərbi qruplaşma cəmləyib – Belarus Müdafiə Nazirliyinin rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bildirib ki, Ukrayna Belarus sərhədində 112-114 min nəfərlik hərbi qruplaşma cəmləyib.

“Bu gün sərhəddə təqribən 112-114 minlik bu qrup var. Onların 17 mindən bir qədər çoxu və ya az hissəsi Ukrayna-Belarus sərhədinin birbaşa mühafizəsində iştirak edir”, – Viktor Xrenin “Rossiya 24” telekanalının efirində bildirib.

Fevralın 15-də Belarus Ukrayna ilə sərhəddə yerləşən Lelçitsi rayonunda CTO rejimi tətbiq edib. Ertəsi gün Belarus prezidenti Aleksandr Lukaşenko Belarus-Ukrayna sərhədində diversantların saxlanıldığını bəyan edib. Onun sözlərinə görə, saxlanılanlar Rusiya və Belarus ərazisində təxribat törətmək istəyiblər.

//Samir Qurbanov, Editor.az