Ukrayna Belarusla sərhədi möhkəmləndirirbackend

Ukrayna Belarusla sərhədi möhkəmləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, xidmət Belarusla sərhədi möhkəmləndirir: mühəndis işləri aparır və lazımi sayda hərbi personalı yerləşdirir: “Biz onu (Ukrayna-Belarus sərhədinin istiqamətini) həm mühəndislik baxımından gücləndirməyə, həm də Belarusdan gələ biləcək hər hansı hərəkətin qarşısını almaq üçün orada lazımi miqdarda qüvvə və vasitələri saxlamağa davam edirik”, – deyə Demçenko telemarafonun efirində bildirib.

Xatırladaq ki, iyunun 29-da Belarus Müdafiə Nazirliyi Ukraynanın Belarus sərhədinə əlavə qoşun və hərbi texnika cəlb etdiyini, həmçinin kəşfiyyat pilotsuz təyyarələrinin uçuşlarının sayını artırdığını bildirib.

Xüsusi əməliyyat qüvvələri komandirinin müavini Vadim Lukaşeviçin sözlərinə görə, Ukrayna diversantların ölkə ərazisinə daxil olmasına hazırlaşır. İyulun 1-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukrayna Silahlı Qüvvələri qoşunlarının Belarusla sərhədə yaxınlaşması ilə bağlı xəbərlərdən narahatdır.

Ukraynanın hərəkətlərinə cavab olaraq Belarus sərhədə əlavə hava hücumundan müdafiə qüvvələri cəlb edib.

//Samir Qurbanov, Editor.az