Ukrayna Belçikaya, Slovakiya Rumıniyaya qarşıbackend

Ukrayna Belçikaya, Slovakiya Rumıniyaya qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AVRO-2024-ün E qrupunda sonuncu oyunlar keçiriləcək.

Editor.az  İdman.Biz-ə istinadən bildirir ki, bütün komandaların eyni xalı olduğundan son tur həlledici xarakter daşıyır.

Favorit adını doğrultmaqda çətinlik çəkən Belçika Ukraynanı sınağa çəkəcək. Digər qarşılaşmada Rumıniya ilə Slovakiya üz-üzə gələcək.

Qeyd edək ki, bu gün F qrupunda da son oyunlar keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, III tur
26 iyun, E qrupu

20:00. Slovakiya – Rumıniya
Baş hakim: Daniel Zibert (Almaniya)
Frankfurt Arena

20:00. Ukrayna – Belçika
Baş hakim: Entoni Teylor (İngiltərə)
Ştutqart Arena

1 Rumıniya 2 1 0 1 3-2 3
2 Belçika 2 1 0 1 2-1 3
3 Slovakiya 2 1 0 1 2-2 3
4 Ukrayna 2 1 0 1 2-4 3