Ukrayna: ” Bir gündə 55 hərbi toqquşma baş verib”backend

Ukrayna: ” Bir gündə 55 hərbi toqquşma baş verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Silhalı Qüvvələri Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkməyib , eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Baxmut yaxınlığında hücum əməliyyatlarını davam etdirir və Rabotinodan cənubda qismən uğur qazanır”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahının səhər hesabatında qeyd edilib.

Məlumata görə, son 24 saat ərzində 55 hərbi toqquşma baş verib. Ukrayna əsgərləri Kupyanski istiqamətindəki məsuliyyəti zonasında eyni zamanda, Xarkov vilayətinin İvanovka kəndi ərazisində rusların 5-ə yaxın hücumunu dəf edib.

//Safura Bənnayeva, Editor.az