“Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 560 canlı qüvvəsini və onlarla texnikasını məhv edib”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
24 fevral 2022-ci ildən 27 oktyabr 2023-cü il tarixinədək Rusiya Silahlı Qüvəllərinin ümumi canlı qüvvə itkisinin sayı 297 min 680 nəfərə çatıb.
O cümlədən, gün ərzində daha dörd tank (cəmi 5145 ədəd), 11 zirehli döyüş maşını (9726), 7 artilleriya sistemi (7162), 6 ədəd avtomobil avadanlığı və sistemi, 1 ədəd xüsusi texnika (1011) və bir ədəd əməliyyat-taktiki PUA məhv edilib.
Verilən məlumata görə, Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qüvvələri arasında 70-ə yaxın hərbi toqquşma baş verib və ruslar uğursuzluğa düçar olub.
//Safura Bənnayeva, Editor.az

