“Oktyabrın 16-na keçən gecə Rusiya yenidən “Şahed” tipli raketlər və kamikadze dronlardan istifadə edərək Ukraynaya hücum edib”.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat verib.
Əvvəlcə raket buraxılışı, daha sonra pilotsuz təyyarə hücumu ilə bağlı xəbər yayılıb. Poltava vilayətində gecə raket hücumu nəticəsində 3 nəfər yaralanıb . Onların arasında on yaşlı uşaq da var.
Regional administrasiyadan verilən məlumata görə, Rusiya raketlərinin parçaları yaşayış binalarına düşüb.
//Safura Bənnayeva, Editor.az

