Ukrayna böhranı: Rusiya ələ keçirdiyi şəhərlərdə hansı dəyişiklikləri edib?backend

Ukrayna böhranı: Rusiya ələ keçirdiyi şəhərlərdə hansı dəyişiklikləri edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın işğalı zamanı Rusiyanın nəzarətə götürdüyü şəhərlərdə öz valyutasından istifadəni və rus televiziyasına baxılmasını təmin etməyə çalışır. Bu şəhərlərdən biri də Xersondur. Ukrayna Rusiyanın cənub şəhərində qeyri-qanuni referendum hazırladığını açıqlayıb.

Rusiya qüvvələri işğalın ilk həftəsində Xersona şəhərinə nəzarəti ələ keçirib. Bu, yıxılan ilk böyük şəhər idi. İşğaldan əvvəl onun əhalisi 260 min civarında idi.

Lakin merin sözlərinə görə, o vaxtdan əhalinin 40 faizi şəhəri tərk edib. Rusiya Ukraynanın cənubunu ələ keçirməklə Krımla arasında təhlükəsiz quru nəqliyyatını təmin etməyi hədəfləyir.

Rusiya hərbi rəsmiləri Xersonun seçilmiş merini vəzifəsindən azad ediblər. Onun yeri isə rusiyapərəst biri ilə əvəz edildi.

Şəhərdə Ukrayna televiziyalarına çıxış bağlanıb, internet xidməti də Rusiya provayderləri ilə əvəzlənib. Xerson əhalisini rusiyayönlü radiolara qulaq asmağa çağırırlar. Regional hökumət də rubldan istifadəni genişləndirməyə çalışır. Mayın 1-dən 4 aylıq keçid dövrünün başladığı açıqlanıb. Artıq banklara Ukrayna valyutasını yatırmaq qadağandır. Yerli sakinlər BBC-yə bildiriblər ki, hərbi məmurlar pensiyalarını rublla verməyə başlayıblar. Bununla belə, ictimaiyyətin rublu yenidən yerli valyutaya çevirməyin yollarını tapdığı bildirilir.

Rusiya referendum keçirməyi planlaşdırırmı?

Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq edib ki, Rusiya şəhəri ayırmaq üçün “qondarma referendum” keçirmək niyyətindədir. Zelenski şəhər əhalisini  ruslara saxta səs üçün istifadə edilə biləcək pasport nömrələri və digər şəxsi məlumatları verməməyə çağırıb. Britaniya Müdafiə Nazirliyinin aprel ayı kəşfiyyatı göstərir ki, Rusiya referendumlar vasitəsilə işğalı qanuniləşdirməyə cəhd edə bilər.

//Gülnarə Abasova, Editor.az