Ukrayna Böyük Britaniya silahları ilə Rusiya ərazisini vurarsa Rusiya da Britaniyanı vuracaq – Mariya Zaxarovabackend

Ukrayna Böyük Britaniya silahları ilə Rusiya ərazisini vurarsa, Rusiya da Britaniyanı vuracaq – Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, əgər Böyük Britaniya həqiqətən də Ukrayna Silahlı Qüvvələrinə Britaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verərsə, Rusiya Federasiyası cavab verməyə hazırdır.

Belə olan halda Rusiya həm Ukraynada, həm də ondan kənarda Britaniyanın hərbi obyektlərinə zərbələr endirə bilər. Xanım Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun mayın 2-də “Reuters” agentliyinin yaydığı bəyanatını belə şərh edib. Nazir bildirib ki, Ukrayna Rusiya ərazisinə hücumlar üçün Böyük Britaniyadan ona verilən silahlardan istifadə etmək hüququna malikdir.

Mariya Zaxarova Kemeronun sözlərini çılğın, qeyri-qanuni və məntiqsiz adlandırıb. O, həmçinin xatırladıb ki, bu bir neçə saat ərzində agentliyin saytından silinib: “Biz dərhal reaksiya verdik ki, səfirə çağırış şəklində diplomatik kanallar vasitəsilə dünyaya müvafiq reaksiya verildi. Və əslində Rusiya onu sadəcə olaraq danlamaq üçün çağırmayıb, Britaniya səfirinin müvafiq bəyanatlarına qeyd etdiyimiz reaksiya ilə tamamilə birmənalı cavab veriilib”, – Zaxarova bildirib.

//Samir Qurbanov, Editor.az