Ukrayna öz hava hücumundan müdafiəsini gücləndirmək üçün Böyük Britaniyadan əlavə 1000 çoxməqsədli raket alacaq. Belə ki, London Şimali İrlandiyanın Belfast şəhərində istehsal olunan “Martlet” (Yüngül Çoxməqsədli Raketlər) raketlərini Ukraynaya təhvil verəcək. Onlar müxtəlif yer-hava raket sistemlərindən atıla bilər.
Böyük Britaniya Müdafiə Nazirliyi əlavə edib ki, yaxın aylarda ölkə Hava Müdafiə Konsorsiumu vasitəsilə Ukrayna ordusuna əlavə olaraq daha 1200 hava hücumundan müdafiə raketi və 200.000 artilleriya patronu təhvil verəcək.
//Samir Qurbanov Editor.az

