Ukrayna böyük əks-hücum əməliyyatları öncəsi taktiki hazırlıq işləri görürbackend

Ukrayna böyük əks-hücum əməliyyatları öncəsi taktiki hazırlıq işləri görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri çoxdan gözlənilən əks-hücum ərəfəsində “əməliyyatlar qurmağa” başlayıb ki, bu da Rusiyanın silah anbarlarına, komanda mərkəzlərinə və texnikasının yığıldığı nöqtələrə zərbə endirməklə ifadə edilir.

Editor.az bildirir ki, bunu ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi CNN-ə deyib. Onun sözlərinə görə, bu, böyük hücum əməliyyatlarından əvvəl standart taktikadır.

Ekspert xatırladıb ki, ötən il Xarkov vilayəti və Xersonun azad edilməsindən əvvəl Ukrayna Silahlı Qüvvələri “döyüş meydanı yaratmaq” üçün analoji şəkildə Rusiya hədəflərinə uzaq məsafədən zərbələr endirib. Pentaqonun sözçüsü hesab edir ki, hazırlıq əməliyyatları hücumun əsas hissəsi başlamazdan əvvəl bir neçə gün davam edə bilər.

Bundan əlavə, Rusiya hədəflərinə qarşı uzaq məsafədən zərbələr kampaniyası düşmənə yanlış məlumat vermək məqsədi daşıya bilər. Nəşrin həmsöhbəti qeyd edib ki, Xarkov əks-hücumuna qədər Rusiya müdafiəsində bu cür “yumşalma” demək olar ki, olmayıb. “Bu, ildırım sürəti ilə yerüstü hücum idi. Hazırlıqların əksəriyyəti Xersonda körpülərə, sursat anbarlarına və komanda mərkəzlərinə uzaq məsafədən hücumların əksəriyyəti HİMARS tərəfindən həyata keçirilib”, – mənbə bildirib.

  //Samir Qurbanov,Editor.az