Ukrayna böyük “sülh sammiti” keçirməyi planlaşdırır – Rusiya orada olmayacaqbackend

Ukrayna böyük “sülh sammiti” keçirməyi planlaşdırır – Rusiya orada olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müttəfiqləri ilə birlikdə Rusiyanın iştirakı olmadan sülh sammiti keçirməyi planlaşdırır.

Editor.az bildirir ki, bunu Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Vladimir Zelenskinin hərbi münaqişəyə son qoymaq planına dəstək almağı planlaşdırır.

“The Wall Street Journal”dan sitat gətirən Yermak “Bizə həqiqətən də sülh içində yaşamaq istəyən məsuliyyətli sivil dünya üçün vahid plan lazımdır”, – deyib.

Ukrayna bütün ölkələrlə, o cümlədən Çin və Braziliya ilə dialoqa hazırdır. Nəşrin yazdığına görə, təsadüfi deyil ki, son bir neçə ay ərzində Ukrayna hakimiyyəti Çin, Braziliya və Hindistan nümayəndələri ilə əlaqələr qurub. Nəşr qeyd edib ki, Ukrayna və onun müttəfiqlərinin keçirməyi planlaşdırdıqları sammitdə Rusiyanın iştirakı nəzərdə tutulmur. Qəzetin fikrincə, bu sammitin məqsədi Volodimir Zelenskinin nizamlanmaya dair sülh planına daha geniş dəstək qazanmaqdır.

//Samir Qurbanov,Editor.az