Ukrayna bu gün ilk “Leopard 2” tanklarını ala bilərbackend

Ukrayna bu gün ilk “Leopard 2” tanklarını ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cümə günü Polşa vəd etdiyi 14 “Leopard 2” döyüş tanklarının ilk partiyasının Ukraynaya göndərə bilər.
Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb. Nəşrin həmsöhbətinin sözlərinə görə, baş nazir Mateus Moravetcki bu baradə Kiyevə Rusiya işğalının ildönümü münasibətilə edəcəyi səfəri zamanı bildirəcək. Bir gün əvvəl Moravetcki ölkəsinin “Leopard” tanklarını Ukraynaya təhvil verən ilk və ya ilk ölkələrdən biri olacağını demişdi.
Xatırladaq ki, bundan əvvəl Polşa prezidenti Anjey Duda demişdi ki, “Leopard 2” tankı, eləcə də Polşanın təhvil verməyi planlaşdırdığı 60 modernləşdirilmiş “T-72” tankları bir-iki ay ərzində Ukraynaya çata bilər.
  //Samir Qurbanov, Editor.az