Ukrayna bu ilin sonuna kimi, “F-16” ala bilməyəcək – Yuri İqnatbackend

Ukrayna bu ilin sonuna kimi, “F-16” ala bilməyəcək – Yuri İqnat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna 2023-cü ilin payız və ya qışında Amerikanın “F-16” qırıcılarını yəqin ki, ala bilməyəcək.

Editor.az bildirir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat telemarafonun efirində deyib.

O, qeyd edib ki, bu döyüş vasitələrinin tez bir zamanda çatdırılmasına “böyük ümidlər” var. “Əlbəttə, təəssüf ki, biz payız və qış boyu “F-16” təyyarələri ilə Ukraynanı qoruya bilməyəcəyik.

Bu təyyarələrə böyük ümidlər var, onlar həqiqətən də hava hücumundan müdafiə sisteminin bir hissəsi ola və Rusiyanın raket və pilotsuz təyyarələrinin hücumlarından müdafiə olunmasına kömək edə bilər”, – İqnat bildirib.

Onun sözlərinə görə, bu qırıcıları idarə etmək üçün ukraynalı pilotların hazırlanmasına yaxın vaxtlarda başlanacaq və bu məsələdə irəliləyişlər var.

Onların təlim keçməsinə icazə bu yaxınlarda ABŞ hakimiyyəti tərəfindən verilib.

//Samir Qurbanov,Editor.az