Ukrayna bu müharibədə mütləq qalib gələcək!backend

Ukrayna bu müharibədə mütləq qalib gələcək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlmək şansı yoxdur.

Editor.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel deyib. Avropa İttifaqı dövlət və hökumət başçılarının iclaslarına sədrlik edən və qərar layihələrinin hazırlanmasına cavabdeh olan siyasətçi bildirib ki, Ukraynanın qələbəsi Aİ üçün də vacibdir. “Ukraynada Putini dayandırmaq vacibdir.

Bu, həm Ukraynanın gələcəyi, həm Avropanın, həm də bütün dünyanın gələcəyi və təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir”. Mişel əmin edib ki, Ukraynanın qələbəsinə şəxsən onun heç bir şübhəsi yoxdur. “

Mən təkcə inanmıram, Ukraynanın bu müharibədə qalib gələcəyinə əminəm”, – deyə Avropa Şurasının prezidenti bildirib ki, qazanlıcaq həmin qələbənin konturlarını Ukraynanın özü müəyyən etməlidir. Mişelin fikrincə, Rusiya da risklərlə nəticələnəcək bu müharibədə uduzduğunu anlamağa başlayıb. “Artıq Rusiyada görürlər ki, onlar istədiklərini əldə edə bilmirlər. Bu, Kremli əsəbiləşdirir və ola bilsin ki, daha da təhlükəli edir”, – prezident izah edib.