Ukrayna bütün NATO üzvləri ilə bəyannamə imzalayacaqbackend

Ukrayna bütün NATO üzvləri ilə bəyannamə imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna NATO üzvləri ilə bəyannamələrin imzalanması üzərində işə başlayıb.

Editor.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 250-ci gününün yekunları ilə bağlı videomüraciətində bildirib. O qeyd edib ki, bu gün ölkəmizin ən böyük dostlarından biri olan Çexiyanın Baş naziri Ukraynada səfərə gəlir.

Hazırda Çexiya Avropa İttifaqı Şurasına sədrlik edir və Rusiyanın Avropa strukturlarına münasibəti belədir: Çexiya nümayəndəsinin səfəri zamanı – 55 qanadlı raket. Bununla belə, Moskvada nə fikirləşsələr fikirləşsinlər, Ukrayna öz qayğısına qalır və öz işini görür, – o əlavə edib. Zelenskinin sözlərinə görə, baş nazirlə dövlətimizin Avroatlantik inteqrasiyası ilə bağlı xüsusi bəyannamə imzalanıb.

“Çexiya Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyəcəyini təsdiqləyib. Bəyannamədə NATO standartlarının Ukraynada tətbiqi üçün əməkdaşlığımızın konkret sahələri də var”, – Zelenski bildirib.

//Samir Qurbanov, Editor.az