Ukrayna çempionatında 8-ci tur: Nuriyevin komandası səfərdə qələbə qazandıbackend

Ukrayna çempionatında 8-ci tur: Nuriyevin komandası səfərdə qələbə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” səfərdə “İnhulets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Kolos” 8 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.