Ukrayna sosial sahəyə dəstək üçün Cənubi Koreyadan 100 milyon dollar alıb.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.
“Ukrayna Koreya Respublikasından 100 milyon dollar alıb. Bu, koreyalı tərəfdaşlarımızın sosial sahəni dəstəkləməyə yönəlmiş ilk büdcə yardımıdır”, – Şmıqal yazıb. Onun sözlərinə görə, iki ölkə hökumətləri arasında 2024-cü ildə 2,1 milyard dollara qədər yardım göstərəcək saziş imzalanıb. O, həmçinin Cənubi Koreyaya Rusiya ilə münaqişə zamanı göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Xəbər verildiyi kimi, noyabrın 27-də Cənubi Koreya prezidenti Yun Seok-yeol Ukraynanın müdafiə naziri Rustem Umerova Rusiya və Şimali Koreyanın əməkdaşlığı səbəbindən təhlükəsizlik təhdidlərinə cavab planı yaratmağı təklif edib.
//Gülnarə Abasova, Editor.az