Ukrayna Çinin sülh planını sərt şəkildə rədd edibbackend

Ukrayna Çinin sülh planını sərt şəkildə rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna rəsmiləri müttəfiqlərini BMT-də pərdə arxasında oyunlar oynayan və sülh sazişi versiyasının getdikcə daha çox tərəfdarını qazandığı iddia edilən Çinin sülh planını rədd etməyə çağırır.

Editor.az bu barədə “Politico”ya istinadla məlumat yayıb.

Ukrayna nümayəndə heyəti BMT Baş Assambleyasının 79-cu sessiyasındakı digər nümayəndə heyətləri arasında Çinin sülh planını dəstəkləməməyə çağırıb. Bu arada, Çin nümayəndə heyəti silahlı münaqişəni dondurmaq və sülh danışıqlarını bərpa etmək ümidi ilə qlobal Cənub ölkələri ilə danışıqlar aparır. Bu danışıqların məqsədlərindən biri də “Rusiyanın məğlub olmasına imkan verməyəcək” şərtlər olacaq. Çinin hesablaması belədir ki, əgər onun sülh planı Latın Amerikası, Afrika və Asiya tərəfindən dəstəklənərsə, Pekin qlobal əksəriyyət tərəfindən öz planına dəstək göstərə bilər.

//Gülnarə Abasova, Editor.az