Gün ərzində Ukrayna Silahlı Qüvvələri tərəfindən daha 630 rus hərbiçisi öldürülüb.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Məlumata görə, Rusiya ordusunun Ukraynada canlı qüvvə itkiləri təxminən 290 min 680 nəfər təşkil edib. Baş Qərargah həmçinin düşmənin xeyli sayda texnikasının məhv edilməsi barədə də məlumat verib.
Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin 11 tankı, 17 zirehli döyüş maşını,39 artilleriya sistemi, 4 MLRS, 1 hava hücumundan müdafiə sistemi,17 PUA, 3 texnika, xüsusi texnika bölmələri Ukrayna hərbçiləri tərəfindən məhv edilib.
//Safura Bənnayeva, Editor.az

