Ukrayna daha altı “Patriot” zenit-raket kompleksi ala bilərbackend

Ukrayna daha altı “Patriot” zenit-raket kompleksi ala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO tərəfdaşları Ukraynaya daha altı “Patriot” zenit-raket kompleksi verə bilər.

Editor.az bildirir ki, bu barədə Almaniya kansleri Olaf Şolz məlumat verib. Brüsseldə keçirilən Avropa Birliyinin sammitindən sonra o, Rusiyanın ölkənin enerji infrastrukturuna və şəhər mərkəzlərinə raket və pilotsuz təyyarə zərbələrini gücləndirdiyi bir vaxtda liderlərin əlavə yeddi “Patriot” sistemi göndərməyi planlaşdırdığını söyləyib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya üçüncü kompleksini göndərəcək və yaxın vaxtlarda adını çəkmədiyi digər üzv ölkələrdən daha altısı gələcək.

“Ümid edirəm ki, hər kəs öz fikrini formalaşdırmaq prosesini tez bir zamanda başa çatdıracaq, çünki vaxt da vacibdir” – kansler deyib. Jurnalistlər qeyd edirlər ki, Almaniya həmçinin Kiyevə “IRIS-T” və “Skynex” hava hücumundan müdafiə sistemlərini müşayiət edən sursatlarla birlikdə təhvil verəcək.

//Samir Qurbanov, Editor.az