Ukrayna dəniz dronları tərəfindən məhv edilən Rusiya katerlərinin sayı artdıbackend

Ukrayna dəniz dronları tərəfindən məhv edilən Rusiya katerlərinin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qrup 13” xüsusi təyinatlıları işğal altındakı Krımda Rusiyanın iki KS-701 “Tuna” katerini məhv edib, daha iki eyni tipli kater isə ciddi xəsarətlər alıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin missiyasının yenilənmiş nəticələrini Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti dərc edib. Qeyd olunur ki, işğalçılar bu vasitələrdən yarımadaya yaxın sularda logistika və patrul xidməti üçün istifadə ediblər: “Buna görə də, Ukraynaya məxsus “Magura V5” dəniz dronlarının hücumu nəticəsində təcavüzkar dövlətin itkiləri dörd “Tuna” KS-701 yüksək sürətli nəqliyyat və desant katerinə tüksəlib”, – rəhbərliyin Telegram kanalında yayılan mesajda deyilir.

//Samir Qurbanov, Editor.az