Ukraynanın Ali Radasının deputatı Yegor Çernev ABŞ-ın uzaqmənzilli “Tomahawk” raketlərini ölkəyə mərhələli şəkildə göndərəcəyini və onları dərhal tətbiq etməyə icazə verməyəcəyini açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə o, öz Facebook səhifəsində bildirib (Meta şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb və qadağan edilib).
Çernevin sözlərinə görə, Prezident Donald Trampın raketlərin təchizatı ilə bağlı qərarı gözlənildiyi qədər sürətli olmayacaq. Deputat əlavə edib ki, silahların verilməsi Rusiyaya təzyiq vasitəsi kimi nəzərdə tutulub.
//Samir Qurbanov, Editor.az

