Ukrayna rəsmiləri və komandirləri deyirlər ki, Ukrayna Rusiyanın sürətli irəliləyişini dayandıra biləcək bir neçə müdafiə xəttini tamamlamaq üçün yarışır, lakin bu səylər gecikmələr və koordinasiya çatışmazlığı səbəbindən çətinləşib.
Editor.az “Financial Times”ə istinadən xəbər verir ki, Rusiya qoşunları Donetsk vilayətində heyrətamiz dərəcədə sürətli irəliləyiş əldə edib və hazırda bəzi yerlərdə cəbhə xətti Dnepropetrovsk vilayəti ilə sərhəddən cəmi 15 km aralıdadır. Ruslar bu xətti keçsələr, bu, 2022-ci ildən bəri Ukraynanın yeni bölgəsinə ilk irəliləyişi olacaq və Kiyevin müharibə səylərinə ciddi zərbə vuracaq.
//Samir Qurbanov, Editor.az