Ukrayna Donbasla bağlı kompromisə hazırdırbackend

Ukrayna Donbasla bağlı kompromisə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün hər hansı güzəştə getmək istəmədiyini bəyan edib.

Bu barədə Editor.az “Avropa həqiqətləri”nə istinadən məlumat verir.

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib ki, “Putin heç bir halda, güzəştə getmək istəmir”.

Xatırladaq ki, bazar günü V.Zelenski demişdi ki, Ukrayna Rusiya ilə sülh sazişinin bir hissəsi kimi neytral statusla bağlı danışıqlara hazırdır, lakin belə bir razılaşma üçüncü tərəfin iştirakı ilə təmin edilməli və referenduma çıxarılmalıdır.

90 dəqiqəlik video zəng zamanı rusiyalı jurnalistlərə danışan Zelenski atəşkəsə nail olmadan və rus qoşunları Ukrayna toprpaqlarından çıxarılmadan, sülh razılaşmasının mümkün olmadığını deyib.

Bundan əlavə Ukrayna prezidenti Rusiyanın nəzarətində olan bütün əraziləri güc yolu ilə geri almaq cəhdlərini istisna edib. Belə bir cəhdin üçüncü dünya müharibəsinə səbəb olacağını deyən Zelenski, Donbassla bağlı kompromisə getməyə hazır olduğunu bildirib.