Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski Donetsk vilayətinin Baxmut istiqamətində Klişçiyevka kəndini azad etdiklərini bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, o, bu barədə sosial media hesabında məlumat yayıb.
“Klişçiyevka 80-ci Hava Hücum Briqadası, 5-ci Hücum Briqadası tərəfindən ruslardan təmizlənərək azad edildi”,-deyə məlumatda qeyd olunub.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial şəbəkədəki paylaşımında Ukrayna torpaqlarını işğaldan xilas etdikləri üçün əsgərlərə təşəkkür edib.
//Safura Bənnayeva, Editor.az

