25 noyabr gecəsi Rusiyanın Krasnodar diyarına edilən dron hücumu, iddialara görə, RT rəhbəri Marqarita Simonyanın ailəsinə də “toxunub”. O, evindəki uşaqların hava hücumu sirenası səbəbindən sığınacağa girməyə məcbur olduğundan şikayətlənib: “Doğulduğum Krasnodar diyarı bütün gecə dronlarla dolu olub.
Uşaqlar – onlardan beşi – hələ də pilləkənlərin altındakı dəhlizdə dolaşıq bir yığında yatırlar və yuxusuz pişiklər onların üzərində xalça kimi gəzirlər”, – Simonyan yazıb.
O, həmçinin Ukraynaya müraciətlə Vladimir Vısotskinin mahnısından bir sitat gətirərək, “onu tək və ya Parislə götürcəyi” ilə hədələyib. Simonyan həmyerlilərinə özü və əri Tiqran Keosayanın (sentyabrın sonlarında ölüb) tikdiyi damın təmirində kömək təklif edib.
Qeyd edək ki, Rusiya ictimai qrupları Krasnodar diyarında Novorossiyskə dron hücumu barədə məlumat veriblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha sonra Ukrayna bölmələrinin Novorossiyskdəki Şesxaris neft terminalına uğurla zərbə endirdiyini təsdiqləyib. Onlar qeyd etdilər ki, ilkin məlumata görə, Novorossiyskdə neft emalı avadanlığı (tankerlər üçün neft yükləmə/boşaltma cihazları) və S-400 hava hücumundan müdafiə sistemindən buraxılış qurğusu vurulub.
//Samir Qurbanov, Editor.az

