Ukrayna dronları Murmanskı vurdu: Hava limanları bağlandıbackend

Ukrayna dronları Murmanskı vurdu: Hava limanları bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib ki, bölgəyə “düşmən pilotsuz təyyarələri tərəfindən basqınlar” həyata keçirilib.

“Sizdən xahiş edirəm ki, tətbiq etməli olduğumuz müvəqqəti məhdudiyyətlər barədə anlayışlı olasınız. Təhlükəsizliyi yaxşılaşdırmaq üçün bütün lazımi tədbirlər görülür və hava hücumundan müdafiə qüvvələri düşmənin pilotsuz təyyarələrini məhv etməyə çalışır”, – Çibis bildirib. O, hücumun təfərrüatlarını açıqlamayıb.

Daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi “Murmansk” və “Apatitı” hava limanlarının müvəqqəti olaraq reysləri qəbul etmədiyini və göndərmədiyini bildirmişdi. “Baza” Telegram kanalı Şimal Donanmasının əsas dəniz bazasının yerləşdiyi Severomorsk ərazisində üç pilotsuz təyyarənin aşkar edildiyini yazıb.

//Samir Qurbanov, Editor.az