Ukrayna dronları Tuapsedə neft emalı zavodunu vurubbackend

Ukrayna dronları Tuapsedə neft emalı zavodunu vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə dronlar Rusiyanın Tuapse şəhərində (Krasnodar diyarı) neft emalı zavodunu vurub. Obyektdə yanğın baş verib.

Editor.az “Astra” Telegram kanalına istinadən bildirir ki, neftayırma zavodunu bürüyən yanğın və tüstünü əks etdirən kadrlar nümayiş etdirib. Yerli sakinlər iddia edirlər ki, PUA hücumu Tuapse Neft Emalı Zavoduna edilib.

Eyni zamanda, yerli əməliyyat qərargahının nümayəndələri iddia ediblər ki, bu, sadəcə olaraq zavodun ərazisində pilotsuz təyyarənin “düşməsi nəticəsində baş verən parıltı”dır. Təcili yardım xidmətlərinin yanğını lokallaşdırdığı və ilkin olaraq “hər hansı tələfat olmadığı” iddia edilir.

İnternetdə yerli sakinlərdən şəhərdə rabitə kəsildiyi barədə mesajlar peyda olub. Daha sonra Rusiya Müdafiə Nazirliyi yüzdən çox pilotsuz uçan aparatı vurduqlarını açıqlayıb.

//Samir Qurbanov, Editor.az