Ukrayna dronu müvəqqəti olaraq işğal olunmuş Luqanskda rus işğalçılarının istifadə etdiyi neft anbarını məhv edib.
Editor.az bildirir ki, bu barədə dekabrın 4-də Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Artem Lısoqor Telegram-da məlumat verib. “Luqanskdakı rus qoşunlarının neft anbarı məhv edilib. O, bu gecə yanıb.
Anbar pilotsuz təyyarənin hücumuna tab gətirə bilməyib. İşğalçının hava hücumundan müdafiə qüvvələri də bunu görməyib. Anbar yüksək səslə partlayıb və çox parlaq şəkildə yanıb”, – Lisoqor yazıb.
VHA rəhbəri əlavə edib ki, “naməlum” pilotsuz uçan aparat Rusiyanın bütün elektron müharibə sistemlərini və hava hücumundan müdafiə sistemlərini yan keçərək “LXR” adlanan qondarma qurumun “neftli ürəyinə” zərbə vura bilib.
//Samir Qurbanov, Editor.az

