Ukrayna dünyanı köməyə çağırdıbackend

Ukrayna dünyanı köməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın baş naziri Denis Şmıqal beynəlxalq humanitar təşkilatları Xerson vilayətinin təbii fəlakətə məruz qalmış ərazilərindən insanların evakuasiyasını öz üzərinə götürməyə çağırıb.

Editor.az bildirir ki, bu barədə Ukrayna hökumət başçısının Teleqramında deyilir. Şmıqal deyib ki, o, BMT rəhbərliyinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə və digər beynəlxalq humanitar təşkilatlara müraciət edərək Kaxovskaya SES-in bəndinin rus qoşunları tərəfindən partladılması ilə bağlı müraciət edib.

Baş nazir bu dəhşətli terror aktı nəticəsində onlarla yaşayış məntəqəsinin su altında qaldığını vurğulayıb. Ukrayna hakimiyyəti Xerson vilayətinin nəzarət olunan ərazisindən təxliyyə təşkil edib. “Lakin sol sahildə müvəqqəti işğal altında olan ərazilərdəki insanlar ruslar tərəfindən taleyin hökmünə buraxılıb. Yüzlərlə ev sözün əsl mənasında sular altında itib.

İnsanlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar, imkanları olmayanlar isə öz evlərini nir növ ölümə məhkum ediliblər. Beynəlxalq humanitar təşkilatlar dərhal müdaxilə etməlidir. Biz Xerson vilayətinin ruslar tərəfindən işğal olunmuş ərazilərindən insanların təxliyəsini öz üzərinə götürməyə çağırırıq”, – deyə baş nazir yazıb.

//Samir Qurbanov,Editor.az