Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir – Viktor Orbanbackend

Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir – Viktor Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Aİ-yə daxil olmasına qəti etirazını bildirib. O, ölkəni ən korrupsiyalaşmış ölkələrdən biri adlandırıb.

Editor.az “Politico”ya istinadən yazır ki, bu, Aİ liderlərinin Kiyevlə bloka qoşulma ilə bağlı danışıqlara başlamaq qərarına gəlməsindən bir həftə əvvəl baş verib. “Macarıstan Ukraynanın qonşusudur… Biz nə baş verdiyini dəqiq bilirik. Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir…

Biz üzvlük danışıqları prosesinə başlamaq qərarı verə bilmərik”, – Orban Parisdə jurnalistlərlə söhbət zamanı deyib. Nəşr qeyd edir ki, Macarıstan lideri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının qəti əleyhinədir. O, blokun üzvlük danışıqlarına başlamaq planını “pis qərar” adlandırıb. Onun sözlərinə görə, Ukrayna Avropa Komissiyasının bəyannaməsinə baxmayaraq, Aİ-yə daxil olmağa hazır deyil. Orban üçün əsas problemlərdən biri Ukraynadakı “korrupsiya” olaraq qalır.

Eyni zamanda, Aİ Macarıstanda korrupsiya və qanunun aliliyinin pozulması ilə bağlı narahatlığını dəfələrlə bildirib. Halbuki “Transparency İnternational” təşkilatının bu ilin əvvəlində dərc etdiyi hesabatda Macarıstan Aİ-nin ən korrupsiyalaşmış ölkəsi kimi göstərilib. Jurnalistlər həmçinin Orbanın blokun Ukraynanı qəbul etməyə hazır olmasından əvvəl daha çox “hazırlıq işlərinin” görülməli olduğunu vurğulayan bəyanatına da diqqət çəkirlər. O, Ukrayna ilə Aİ arasında üzvlük olmadan əməkdaşlığın səviyyəsini artırmaq üçün “strateji tərəfdaşlıq sazişi” təklif edib.

Xatırladaq ki, gələn həftə Aİ liderləri Ukrayna ilə bağlı iki tarixi qərar qəbul etmək üçün Brüsseldə toplaşacaqlar: Kiyevin bloka daxil olması ilə bağlı danışıqlara başlamaq planını təsdiqləmək və 50 milyard avro yardım ayırmaq.

//Samir Qurbanov, Editor.az